"İran tərəfindən heç bir münasibət görməmişik" - Ombudsmandan özəl açıqlama - VİDEO

"İran tərəfindən heç bir münasibət görməmişik" - Ombudsmandan özəl açıqlama - VİDEO
SOSİAL
12:07 30.01.2023
682
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir. 

AZXEBER.COM-un vida mərasimində olan əməkdaşları xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva iştirak edir.

Ombudsman Səbinə Əliyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ombudsman aparatı olaraq İrana məktub göndərilib:

"Biz öz müraciətlərimizi həm beynəlxalq təşkilatlara, həm də İran Ombudsmanına göndərmişik. Bildirmişik ki, biz bu cinayətin tezliklə açılmasını və cinayətkarın cinayət məsuliyyətinə cəlb olunmasını, ümumilikdə mövqe bildirməsini tələb etmişik. Mən təəssüf hissi ilə bildirmək istəyirəm ki, biz İran tərəfinin bu məsələ ilə əlaqəli münasibəti görə bilmədik. Lakin bir çox qurumlar öz mövqelerini bildiriblər”, deyə o açıqlamasında bildirib.
 
Günel Hüseynli
 
OXŞAR XƏBƏRLƏR