İran terroru genişləndirir: Səfirlik və sinaqoq teraktından sonra Türkiyə hərbi bazası…

İran terroru genişləndirir: Səfirlik və sinaqoq teraktından sonra Türkiyə hərbi bazası…
SİYASƏT
12:56 03.02.2023
497
Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazası artilleriya qurğuları ilə atəşə tutulub. Hücumun məsuliyyətin "Əhrar əl İraq” terrorçu qruplaşması öz üzərinə götürüb.

Türkiyə Müdafiə Nazirliyi terror hücumu zamanı heç bir tələfatın olmadığını bildirib.

Tehrandan Ankaraya mesaj

Türkiyə ordusunun Başika hərbi bazasına edilən hücum təsadüfi deyil. Düzdür, ilk dəfə deyil ki, Türkiyənin Şimali İraqdakı hərbi bazasına hücum edilir. Misal üçün, "Əhrar əl-İraq” qrupu 2022-ci ildə Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına da edilən hücumu üzərinə götürmüşdü. Bununla belə bu dəfəki hücumun pərdəarxası bir çox məqamı var.

Məsələ ondadır ki, Türkiyə ordunun Başika hərbi bazasına edilən hücumun pərdə arxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt hadisənin "Əhrar əl-İraq” qrupu tərəfindən törədilməsidir. "Əhrar əl-İraq” qrupu isə  İran tərəfindən maliyyələşən "Haşdi Şabi” terror qruplaşmasına bağlıdır.

İranı Türkiyə ilə bağlı bir çox məqam narahat edir.

Birincisi, Türkiyənin İraqda hərbi varlığı və keçirdiyi antiterror əməliyyatları İranın Şimali İraq üzərindən Suriyaya, Livana və Fələstinə silah daşımasına ciddi maneə törədir. Xüsusilə qeyd etmək lazımdır ki, Başika hərbi bazası İranın qeyd edilən ölkələrə silah-sursat daşındığı əsas əraziyə yaxındır.

İkincisi, rəsmi Ankaranın İsrail ilə yaxınlaşması, münasibətləri normallaşdırması Tehranı sözün əsl mənasında panikaya salıb. İran xarici siyasətinin prioritet istiqamətindən biri də Təl-Əviv-Ankara münasibətlərini daim gərgin saxlamaq, ehtimal yaxınlaşmaların qarşısını almaqdır. Lakin son zamanlar iki ölkə arasında Azərbaycanın vasitəçiliyi, eyni zamanda diplomatik fəaliyyəti ilə baş tutan yaxınlaşma İran maraqlarına uyğun deyil.

Üçüncüsü, bir neçə gün öncə Azərbaycanın Tehranda səfirliyinə hücum edildi. Bu hadisə İranın molla rejimi tərəfindən həyata keçirildi. Hadisə sonrası rəsmi Bakıya hər zaman olduğu kimi Türkiyədən ciddi dəstək gəldi. Dövlət başçıları, rəsmilər səviyyəsində təmaslar quruldu hadisənin yerindəcə dəyərləndirilməsi aparıldı. Məhz bu hadisə sonrasında Türkiyənin İraqda hərbi bazasında İran tərəfindən dəstəklənən terror qrupunun hücum etməsi Tehranın Ankaranın bu məsələdə mövqeyindən narahat olduğunu göstərir.

Türkiyə hərbi bazasına edilən hücumu, Azərbaycan səfirliyinə qarşı törədilən teraktın və İsraildə sinaqoqda baş tutan terror hadisəsinin davamı kimi qiymətləndirmək olar.

Bu, faktiki olaraq bir daha onu sübut edir ki, molla rejimi Bakı-Ankara-Təl-Əviv üçlüsünə qarşı hibrid müharibə elan edib. Hər üç hadisənin motivi fərqli olsa da məğzi eynidir.

Ankaranın cavabı…

Türkiyəni bu tip hücumlar ilə qorxutmaq mümkün deyil. Rəsmi Ankara bu hücuma misli ilə cavab verəcək. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akarın son açıqlaması – ən son terrorçu zərərsizləşdirilənə kimi mübarizənin davam edəcəyini vurğulaması da təsdiqləyir.

Türkiyə İraqda keçirdiyi antiterror əməliyyatlarının miqyasını gücləndirə, "Həşdi-Şabi” və ona bağlı "Əhrar əl-İraq” qruplarına aviasiya zərbələri endirə bilər.

Müəllif: Politoloq Turan Rzayev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Səsini AI-dan qorumaq üçün bu addımı atdı
08:36 07.10.2026
Səsini AI-dan qorumaq üçün bu addımı atdı