İran təyyarələrə bir sıra elektron cihazların keçirilməsini yasaqlayıb

DÜNYA
18:59 12.10.2024
359
İran təyyarələrin göyərtəsinə mobil telefonlar istisna olmaqla elektron informasiya mübadiləsi cihazları keçirilməsinə qadağa qoyub.

Bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafer Yazerlu açıqlama verib.

O qeyd edib ki, qərar həmçinin təyyarə ilə daşınan yükləri də əhatə edir.

C.Yazerlu sərnişinləri bu qərara əməl etməyə çağırıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR