İran-Türkiyə sərhədində son durum necədir? - VİDEO

İran-Türkiyə sərhədində son durum necədir? - VİDEO
SOSİAL
12:50 01.03.2026
631
Türkiyə-İran sərhədində hazırda vəziyyət sabitdir, kütləvi miqrasiya qeydə alınmayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin "Aktual Gündəm" verilişinə qoşulan "Haber Global"ın müxbiri Fatih Poyraz məlumat verib.
 
Onun sözlərinə görə, Türkiyənin İranla 561 kilometrlik sərhədi var və üç əsas sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Van vilayətində yerləşən Kapıköy sərhəd-keçid məntəqəsində hərəkətlilik hazırda rutin xarakter daşıyır.

Sosial şəbəkələrdə yayılan "İran vətəndaşlarının sərhədə axın etməsi" və ya "kütləvi keçidlərin olması" ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Fatih Poyraz bildirib ki, ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibədən əvvəl gündəlik keçid sayı normalda 4-5 min nəfər olduğu halda, həmin dövrdə bu rəqəm 2 minə qədər azalmışdı.

Dünən axşam saatlarında Türkiyədən İrana gedənlərin sayı daha çox olub. Bu gün səhər saatlarında isə İrandan Türkiyəyə gələnlərin sayında müəyyən artım müşahidə edilsə də, həmin şəxslər səfərlərinin əvvəlcədən planlaşdırıldığını bildiriblər. Məlumata görə, hazırda sərhəd-keçid məntəqəsində müharibədən qaçaraq Türkiyəyə sığınan şəxslər qeydə alınmayıb.

OXŞAR XƏBƏRLƏR