İran Türkiyəyə təbii qaz ixracını azaldıb

DÜNYA
14:05 03.01.2014
916

İran Türkiyəyə təbii qaz ixracını azaldıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, İran Türkiyəyə gündəlik 28 milyon kubmetr “mavi yanacaq” ixrac edirdi: “Ancaq hazırda bu miqdarda bir qədər azalma var. İranın Türkiyəyə qaz ixracı gündəlik 20 milyon kubmetrə düşüb. Bu azalma yalnız texniki səbəblərdən qaynaqlanır və müvəqqətidir. Türkiyə daxilindəki bütün tələbat qarşılanır, heç bir yerdə kəsilmə yoxdur”.

T. Yıldız ötən il Türkiyədə 47 milyard kubmetr təbii qaz istehlak edildiyini deyərək, bu rəqəmin 2012-ci ildə 45 milyard kubmetr olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR