İran rialı sürətli düşüşünə davam edərək ABŞ dolları qarşısında yeni antirekord səviyyəyə enib.
Çərşənbə axşamı məzənnə 1 dollar üçün 1 milyon 36 min rial səviyyəsində olub.
Ekspertlərin fikrincə, kəskin düşüş keçən həftə Vaşinqtonun İran neft sektoruna qarşı yeni məhdudiyyət tədbirləri elan etməsi fonunda baş verib. "Reuters" agentliyinin məlumatına görə, ABŞ sanksiyaları nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə artması hesabına İranın Çinə neft ixracatını xeyli azada bilər.
Xatırladaq ki, 2018-ci ildə İran valyutasının məzənnəsi 1 dollar üçün təxminən 55.000 rial təşkil edirdi.
///Oxu.Az