İran və Avropa ölkələri arasında dialoq növbəti günlərdə davam edəcək.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
"Bugünkü danışıqlarda İrana qarşı sanksiyaların ləğvi və nüvə hüquqları ilə bağlı tələbi Avropa tərəfinə açıq və aydın şəkildə bildirildi. Avropalıların diqqətinə çatdırdıq ki, hüquqi səbəblərə görə "snapback” mexanizmindən istifadə edə bilməzlər və əgər belə bir addım atsalar, onlar bunun nəticələri ilə üzləşməli olacaqlar. Qərara alındı ki, növbəti günlərdə tərəflər dialoqu davam etdirsin”, - Bəqayi qeyd edib.
Məlumat üçün bildirək ki, "snapback” mexanizmi 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına əsasən, İranın öhdəliklərinə əməl etmədiyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların yenidən qüvvəyə minməsini nəzərdə tutur.
/APA