İran və “Avropa üçlüyü” danışıqları davam etdirmək barədə razılığa gəliblər

İran və “Avropa üçlüyü” danışıqları davam etdirmək barədə razılığa gəliblər
22:09 20.06.2025
226
İran ilə "Avropa üçlüyü” (Fransa, Böyük Britaniya və Almaniya) İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Biz danışıqları davam etdirmək barədə razılığa gəldik. Əsas məsələ dialoq imkanlarını açıq saxlamaqdır. Görüş zamanı biz yalnız nüvə problemini deyil, digər mühüm məsələləri də müzakirə etdik,” – deyə Kallas qeyd edib.
 
/APA
OXŞAR XƏBƏRLƏR