İran və Qətərin XİN başçıları regional məsələləri müzakirə ediblər

İran və Qətərin XİN başçıları regional məsələləri müzakirə ediblər
DÜNYA
18:23 26.08.2024
206
İranın xarici işlər naziri Seyid Abbas Araqçı Tehranda qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.

Bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, nazirlər mühüm regional məsələləri müzakirə ediblər.

Qətərli nazirin İran Prezidenti Məsud Pezeşkian ilə də görüşü gözlənilir.

Xatırladaq ki, bu, Qətər xarici işlər nazirinin yeni hökumətin qurulmasından sonra İrana ilk rəsmi səfəridir.
 

OXŞAR XƏBƏRLƏR