İran və Suriya arasında iqtisadi sahədə iki əməkdaşlıq sazişi imzalanıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, razılaşmalar dərman, gigiyenik vəsait, xəstəxana təchizatı, elektrik, neft, enerji, qida maddələri ilə təminat, 5 un fabrikinin qurulması və Hums əyalətində Cəndər elektrik stansiyasının inşasının tamamlanmasını nəzərdə tutur.