İran vətəndaşları üçün Azərbaycandan keçən marşrut müvəqqəti bağlandı

İran vətəndaşları üçün Azərbaycandan keçən marşrut müvəqqəti bağlandı
SİYASƏT
20:31 05.03.2026
329
İran vətəndaşları Gürcüstandan Azərbaycan vasitəsilə vətənlərinə gedə bilməyəcəklər.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran səfirliyi məlumat yayıb. 

"Tbilisidəki Azərbaycan səfirliyi bildirib ki, lazımi icazəni almaq üçün ən azı on gün tələb olunur. Buna görə də bu marşrut mümkün deyil", - deyə İran səfirliyinin açıqlamasında bildirilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, İran vətəndaşları Ermənistan və Türkiyə vasitəsilə vətənlərinə qayıda bilərlər.
OXŞAR XƏBƏRLƏR