İranİran XİN ABŞ nümayəndəsinə nota təqdim edib XİN Donald Trampın təhdidlərinə cavab olaraq İsveçrə səfirini çağırıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, İran Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə idarəsinin baş direktoru İsa Kameli Vaşinqtonun maraqlarını təmsil edən İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilinə rəsmi nota təqdim edib.
Sənəddə İran hər hansı düşmənçilik hərəkətlərinin yolverilməzliyi barədə xəbərdarlıq edir və istənilən təhdidə "dərhal və qətiyyətlə" cavab verməyə hazır olduğunu bildirir
//Oxu.az