İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağında vəziyyətlə əlaqədar fövqəladə toplantısının keçirilməsini istəyib.
Məlumatı "Mehr” agentliyi yayıb.
İran XİN-in başçısı İƏT-in Baş katibi Hissein Brahim Taheyə, Türkiyənin xarici işlər naziri Hakan Fidana və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Farhana ünvanladığı məktubunda Qəzzada humanitar vəziyyəti müzakirə etmək, təcili humanitar yardımın çatdırılmasını əlaqələndirmək, bölgənin taleyi ilə bağlı hüquqi və siyasi aspektlərini araşdırmaq üçün buna zərurət olduğunu bildirib.
"Bununla rəsmi olaraq İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə yığıncağının, mümkün olduqda, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkilatın Katibliyinin qərargahında keçirilməsini tələb edirəm", - A.Əraqçi məktubunda qeyd edib.
///report