İran XİN başçısı: Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək

İran XİN başçısı: Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək
DÜNYA
10:09 07.08.2025
132
İran Prezdenti Məsud Pezeşkian iki həftə ərzində Ermənistana səfər edəcək.

Bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi "Tehran" televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Prezident Pezeşkianın Çinə səfəri də nəzərdə tutulub. O, Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin sammitində iştirak etmək üçün ora gedəcək.

Qeyd edək ki, Məsud Pezeşkian İraq, Azərbaycan, Türkmənistan, Tacikistan, Oman, Qətər, Rusiya, Misir və Pakistanda səfərdə olub.
 
///report
OXŞAR XƏBƏRLƏR