İran XİN başçısı Türkiyəyə səfər edəcək

İran XİN başçısı Türkiyəyə səfər edəcək
SİYASƏT
11:38 28.01.2021
578
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah-yanvarın 29-da Türkiyəyə səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş şəkildə müzakirə edilməsi, regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsinin aparılması gözlənilir.

Qeyd edək ki, İran XİN başçısı regional tur çərçivəsində daha öncə Azərbaycan, Rusiya və Ermənistanda səfərdə olub. O, hazırda Gürcüstanda səfərdədir. Məhəmməd Cavad Zərif səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və parlament sədri Arçil Talakvadze ilə görüşəcək.
OXŞAR XƏBƏRLƏR