İran XİN ölkədəki etirazlara görə ABŞ və İsraili ittiham etdi

İran XİN ölkədəki etirazlara görə ABŞ və İsraili ittiham etdi
DÜNYA
13:58 13.01.2026
269
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçının pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, tərəflər söhbət zamanı iki ölkə arasındakı münasibətləri, eləcə də bölgədə və dünyada baş verən son prosesləri müzakirə ediblər.

Danışıqda Qəzza zolağı, Livan və Suriyadakı mövcud vəziyyətə xüsusi diqqət yetirildiyi bildirilib. Regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdə artan gərginlik əsas mövzulardan olub.

İrandakı etirazlara toxunan Abbas Əraqçı hadisələrdə ABŞ və İsrailin rolunun olduğunu iddia edib. 

O, Tehranın "xarici müdaxilələrə” qarşı İranın müstəqilliyini, milli suverenliyini və daxili təhlükəsizliyini qorumaqda israrlı olduğunu vurğulayıb.

Pakistan tərəfi isə bölgədə sabitliyin vacibliyini qeyd edib və tərəflər dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
OXŞAR XƏBƏRLƏR