İranda uranın zənginləşdirilməsinə mane olmaq qırmızı xətdir.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
"Tamamilə aydındır ki, hazırkı şəraitdə danışıqlar bərabər mövqedən deyil və təslim olmaq üçün danışıqlara bənzəyir”, - İran XİN rəhbəri qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ-ın nüvə sazişi təklifində çox qeyri-müəyyənliklər və suallar var.
/APA