İran XİN rəhbəri Hindistana səfər edəcək

İran XİN rəhbəri Hindistana səfər edəcək
DÜNYA
11:58 05.05.2025
291
İran xarici işlər naziri Abbas Araqçi mayın 8-də Hindistana səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Xarici işlər naziri bu gün Pakistana səfəri zamanı pakistanlı həmkarı, Pakistanın Baş naziri və Prezidenti ilə görüşəcək”, - o qeyd edib.

Onun sözlərinə görə, İran XİN rəhbərinin Pakistana səfəri bu gün başa çatacaq. O, İran-Hindistan Birgə Komissiyasının iclasında iştirak etmək üçün mayın 8-də Hindistana səfər edəcək.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçi aprel ayında Hindistanın nəzarətində olan Kəşmirdə turistlərə qarşı törədilən ölümcül hücumdan sonra Hindistan və Pakistan arasında vasitəçilik etmək üçün Pakistanda səfərdədir. Tehran Hindistan və Pakistan arasında hərbi əməliyyatların yumşaldılmasına kömək etməyə hazır olduğunu bildirib.
 
\apa
OXŞAR XƏBƏRLƏR