"Bizim Suriyadakı mövcud administrasiya ilə birbaşa əlaqəmiz yoxdur”.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi gündəmlə bağlı sualları cavablandırarkən deyib.
Bekayi İranın Suriyaya əvvəlki müdaxiləsinin də terrorla mübarizə məqsədi daşıdığını iddia edərək, Keçmişdə bəzi qruplarla əlaqə saxladıqlarını lakin hazırda kimsə ilə danışıqlar aparmadılarını qeyd edib.
Son hadisələrdən sonra Suriyada İran vətəndaşının olmadığını bildirən Xarici İşlər Nazirliyinin sözçüsü, "Suriyadakı qeyri-müəyyən vəziyyətə görə vətəndaşlarımızın Suriyaya getməsini tövsiyə etmirik. Diplomatlarımız və hərbi müşavirlərimiz Suriyanı tərk edib. Hazırda Suriyada heç bir İran vətəndaşı yoxdur”.
Cəmalə