Bu açıqlama ilə "X” sosial media platformasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlireza Tanqsiri çıxış edib.
Zabit neft obyektlərinin güclü atəşə məruz qalacağını vurğulayıb və işçiləri və sakinləri ərazilərdən uzaq durmağa çağırıb:
"İranın hədəf siyahısı yenilənib. ABŞ-yə bağlı neft obyektlərindən uzaq durun. Onlar ABŞ bazalarına bərabərdir və şiddətli atəşə məruz qalacaqlar”.