İran yeni ali rəhbər seçməklə böyük səhv edib - Tramp

İran yeni ali rəhbər seçməklə böyük səhv edib - Tramp
DÜNYA
22:46 09.03.2026
230
ABŞ Prezidenti Donald Trump İranın yeni ali rəhbəri kimi Mojtaba Khameneinin seçilməsinə münasibət bildirib.

O, bu barədə NBC telekanalına açıqlamasında danışıb.

"Düşünürəm ki, onlar böyük səhv etdilər”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti İranın neftinə nəzarət məsələsi ilə bağlı suala cavabında isə bildirib ki, bu barədə danışmaq üçün hələ tezdir. Bununla belə, o, belə bir variantı tam istisna etməyib.

Trampın sözlərinə görə, regiondakı müharibənin gedişi və İran rəhbərliyinin atacağı addımlar gələcək qərarlara təsir göstərə bilər.
OXŞAR XƏBƏRLƏR