İrana qarşı əməliyyatlarda 290 ABŞ əsgəri yaralanıb

İrana qarşı əməliyyatlarda 290 ABŞ əsgəri yaralanıb
DÜNYA
12:30 25.03.2026
229
İrana qarşı aparılan əməliyyatlarda təxminən 290 ABŞ hərbçisi yaralanıb.

AZXEBER.COM Oxu.Aza istinadən xəbər verir ki, bu barədə CNN ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsünə istinadən məlumat yayıb. Bildirilib ki, münaqişə zamanı yaralanan 290 hərbçidən 255-i xidmətə qayıdıb, 10 hərbçi isə ağır yaralanıb.

Daha əvvəl bildirilmişdi ki, döyüşlərdə 200 nəfər yaralanıb, 13 nəfər həlak olub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
OXŞAR XƏBƏRLƏR