İrana yeni hücumlar bu ayda başlaya bilər

İrana yeni hücumlar bu ayda başlaya bilər
DÜNYA
01:06 22.10.2026
121
İsrail və ABŞ-nin İrana qarşı hücumları bərpa etməsi istisna deyil, amma bunun yaxın həftələrdə olacağı ehtimalı azdır.

Bu barədə "Financial Times” mənbələrə istinadla məlumat yayıb.

Xəbərdə üç məlumatlı mənbəyə istinadla bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 10-da İrana qarşı yeni və genişmiqyaslı hücumun planlaşdırılması barədə göstəriş verib. Amma ABŞ Prezidenti Donald Trampın Amerikada keçiriləcək aralıq seçkilərindən əvvəl müharibənin yenidən başlamasına qarşı çıxması hücumun həyata keçirilməsinə mane olub. Bununla belə, Netanyahu ABŞ ilə dialoqda, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasında israr edir və başladığı işi bitirməsini tələb edir.

"Financial Times”a danışan məlumatlı şəxslərin sözlərinə görə, nəzərdə tutulan yeni hücumlar 2026-cı ilin fevral-mart aylarında başlayan ABŞ və İsrailin birgə əməliyyatından daha genişmiqyaslı olmalıdır.

Ağ Evin mətbuat katibinin köməkçisi məsələ ilə bağlı nəşrə bildirib: "ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcək”.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR