İranda 1 000 xalq batalyonu yaradılacaq

İranda 1 000 xalq batalyonu yaradılacaq
DÜNYA
18:32 16.09.2026
704
İranda "Canfədа” kampaniyası çərçivəsində 1000 hərbi batalyonunun təşkilinə başlanılacaq.

Bunu "Canfədа” kampaniyasının Xalq Qərargahının sözçüsü Sasan Zare bildirib.

O qeyd edib ki, təşəbbüsə qoşulan könüllülərin 26 faizi hərbi və təhlükəsizlik fəaliyyətlərində iştirak etməyə hazırdır və 1000 hərbi batalyonun təşkilinə gələn həftədən başlanılacaq.

Zarenin sözlərinə görə, "Canfədа” təşəbbüsündə qeydiyyatdan keçən 31 milyon nəfərin 32 faizini qadınlar, 68 faizini isə kişilər təşkil edir.

O, könüllülərə lazımi təlimlərin verildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, təlimlər müasir müharibənin tələbləri və təhdidlərinə tam uyğun şəkildə hazırlanıb. Təlim proqramına yerli təhlükəsizliyin təmin edilməsi, ümumi müharibə hazırlığı, müşahidə, nəzarət və kəşfiyyat tədbirləri daxildir.

Zare vurğulayıb ki, həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan təlimlərin bir hissəsi silahlı qüvvələrin obyektlərində keçiriləcək. Bundan əlavə, xüsusi və insanların çox olduğu ərazilərdə tam təlim avadanlıqları yerləşdiriləcək.

O əlavə edib ki, İranın ən mühüm strategiyası xalq potensialından istifadə etməkdir: "Bu gün ölkənin müdafiəsi prioritetdir və xalqın potensialının bir hissəsi bu istiqamətdə təşkilatlanacaq. Lakin bu təşəbbüsün digər imkanlarından iqtisadiyyat və insanların yaşayış problemlərinin həlli sahəsində də istifadə olunacaq”.

Qeyd edək ki, "Canfəda” kampaniyası fevral ayında ABŞ və İsrailin İrana hücumlarından sonra başladılıb. Kampaniyaya qoşulmaq könüllüdür. Burada məqsəd əhalinin İranın müdafiəsini təşkil etməsinə hazırlıqdır.

Xatırladaq ki, İranın əhalisi təxminən 90 milyondur.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb