İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub
DÜNYA
15:37 24.02.2021
709
İranda 112 nəfər koronavirusun "Britaniya ştammı"na yoluxub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza  Rəisi deyib. 

O əlavə edib ki, indiyədək koronavirusun "Britaniya ştammı"na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib. 

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR