İranda 18 yaşlı etirazçıya edam cəzası verildi

İranda 18 yaşlı etirazçıya edam cəzası verildi
DÜNYA
18:46 04.01.2023
242
Nouşəhrdə ümumxalq etirazlar zamanı həbs olunan 18 yaşlı Arşia Tek Dəstan Sari İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə "Hrana" məlumat yayıb.

"Yer üzərində fəsad və müharib" ittihamı ilə barəsində edam qərarı çıxarılan gənc, üstəlik, "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları bir-birini öldürməyə və döyüşməyə sövq etmək", "rejim əleyhinə təbliğat fəaliyyəti" kimi ittihamlarla 5 il, "Rəhbəri təhqir etmək" ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrumetmə ilə də cəzalandırılıb.
OXŞAR XƏBƏRLƏR