İranın Xuzestan vilayətində aramsız yağışlar insanların kütləvi zəhərlənməsinə səbəb olub.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, ölkənin rəsmi strukturlarının yaydığı məlumatda deyilir ki, atmosferin çirkli olması nəticəsində yağan yağışlar havanı kəskin ağırlaşdırıb.İyirmi minə yaxın insan “boğulma” diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların bir qismi ilkin tibbi yardımdan sonra xəstəxanaları tərk edib. Təbii fəlakət zonası elan edilmiş əraziyə əlavə xilasedici və səhiyyə qüvvələri cəlb edilib.Bildirilir ki, ölkənin müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində 18 şəhərə və 3 adaya ciddi ziyan dəyib. Yaxın günlərdə Kerman, Hormozqan və Sistan-Bülecüstan vilayətlərində yağıntının ümumi normadan dəfələrlə artıq olacağı proqnozlaşdırılır. Bu vilayətlərin çay və göl sahillərində, çökək ərazilərində məskunlaşan əhaliyə xəbərdarlıq olunub.Alborz və Tehran vilayətinin şimalında dağlıq ərazilərə qar yağması nəticəsində paytaxtın bəzi giriş-çıxış yolları bağlanıb.Gilan və Ərdəbil vilayətləri arasındakı Xalxal ərazisində isə güclü yağış avtomobil tunelinin uçmasına səbəb olub.Yol polisi yollarda yaranmış vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib.