İranda 3 məhbus edam edildi

İranda 3 məhbus edam edildi
DÜNYA
11:10 22.12.2022
260
İranda 3 məhbus edam edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mizan Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında Fars əyalətinin inzibati mərkəzi Şiraz şəhərindəki Adilabad həbsxanasında şəxsiyyətləri açıqlanmayan 3 məhbus asılıb.

Sözügedən məhbusların 2021-ci ilin oktyabrında Şirazda bir çox qadına qarşı təcavüz və zorlama, silahlı qəsb cinayətlərinə görə həbs olunaraq, iyul ayında mühakimə olunduğu məhkəmə tərəfindən edam cəzasına məhkum edildiyi bildirilib.

Bildirilib ki, edam qərar Ali Məhkəmə tərəfindən təsdiq edildikdən sonra həyata keçirilib.

Aydın
OXŞAR XƏBƏRLƏR