İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 4 polisin həlak olduğu bildirilib.
AZXEBER.COM xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Polis İnformasiya Mərkəzi mövzu ilə bağlı açıqlama verib. Açıqlamada Həş-Taftan yolunda patrul xidməti aparan yol polislərinin atəşə tutulduğu bildirilib.
"Terror hücumu” olaraq xarakterizə edilən hadisədə 4 polis əməkdaşının öldüyü və ətraflı məlumatın daha sonra paylaşılacağı qeyd edilib.
Zahidan Prokurorluğundan verilən açıqlamada cinayəti törədənlərin tutulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Gülay