İranda 4,9 bal gücündə zəlzələ olub

HADİSƏ
21:01 10.11.2023
236
İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Dehloran şəhərindən 37 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR