İranın Sistan və Bəlucistan əyaləti yaxınlığında Kerman əyalətinin Zaxkaluta rayonunda 5,4 maqnituda gücündə zəlzələ olub.
Məlumatı Tehran Universiteti Geofizika İnstitutu Milli Seysmolopji Mərkəzi yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.
Məlumata görə, yeraltı təkanların mərkəzi Zaxkalutdan (Kerman) 47 km, Həzrət Əbülfəzl məscidindən (Sistan və Bəlucistan) 64 km və Qolmurtidən (Sistan və Bəlucistan) 70 km məsafədə yerləşirdi.
/report