İranda 80 siyasi məhbus əfv edilib

DÜNYA
17:28 23.09.2013
955

İranda 80 siyasi məhbus əfv edilib. Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü, ölkənin baş prokuroru Qulamhüseyn Möhsün Ejei açıqlama verib.

Onun sözlərinə görə, bu şəxslər ölkədə 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra həbs edilərək müxtəlif cəzalar almış adamlardır. Q.Ejei deyib ki, qərar İranın ali dini lideri, ayətullah Əli Xamneyi tərəfindən də təsdiqlənib.//apa

OXŞAR XƏBƏRLƏR