İranda baş verən yol qəzasında 21 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, hadisə Fars əyalətinin cənubunda, Firuzabad və Kevar şəhərləri arasındakı magistral yolda qeydə alınıb. Avtobusun aşması nəticəsində 21 nəfər ölüb, 34 nəfər yaralanıb.