İranda aksiyalar azaldı: Bundan sonra nə olacaq?

İranda aksiyalar azaldı: Bundan sonra nə olacaq?
DÜNYA
14:39 19.01.2026
404
İranda son həftələrdə iqtisadi vəziyyət və sosial narazılıqlar səbəbindən ölkənin bir çox şəhərində etiraz aksiyaları baş verir. Tehrandan başlayaraq geniş yayılan etirazlarda on minlərlə insan küçələrə çıxaraq inflyasiya, işsizlik və həyat xərclərinin artmasına etirazlarını bildirib. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə baxmayaraq, aksiyalar bir sıra əyalətlərdə davam edir. İran hökuməti interneti qismən bloklayaraq məlumatın yayılmasının qarşısını almağa çalışır. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan AZXEBER.COM-a açıqlamasında deyib ki, İranda baş verən aksiyalar ölkənin daxili və siyasi kursuna təsir göstərə bilər:

"Rəsmi Tehranda baş verən etiraz aksiyaları təkcə gələcəkdəki seçkilərə deyil, İranın daxili və siyasi kursuna təsir göstərə bilər. İran hakimiyyəti etiraz aksiyalarının səbəblərindən, tələblərindən və cəmiyyətin irəli sürdüyü fundamental məsələlərdən nəticə çıxarsa, bu, gələcək seçkilərdə nəzərə alına bilər. Gələcəkdə İranda prezident seçkiləri, parlament seçkiləri keçiriləcək. Dini Ekspertlər Şurasının seçkiləri də gələcək illər ərzində baş tutacaq. Bunun üçün İran hakimiyyətinin əsas qanun və digər normativ hüquqi aktlara əsaslanaraq lazımi tədbirlər görməsi vacibdir”.

Politoloq qeyd edib ki, Güney azərbaycanlılar etirazlarda zəif iştirak etmir:

"Güney Azərbaycan türkləri bu prosesdə zəif iştirak etmir. Sadəcə olaraq, aksiyaların ilk günlərindən bəzi siyasi qüvvələr etirazın nəticəsindən öz maraqları üçün faydalandılar. Bu isə İran etiraz hərəkatının güclənməsinə və onun uzunmüddətli inkişafına mənfi təsir göstərir. Məsələn, Tehran şəhərinin əhalisinin yarısı türklərdən ibarətdir. Tehran şəhərində etirazlar dekabrın 28-dən başlayaraq aktiv şəkildə keçirilir. Eyni zamanda, Qərinə, Həmədan, Təbriz, Urmiyə və Ərdəbildə də etiraz aksiyaları baş tutur. Bu baxımdan, Azərbaycan türklərinin etiraz aksiyalarında fəal iştirak etmədiyini söyləmək ədalətsiz olar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR