İranın 20 vilayətində dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün bağlanıb.
AZXEBER.COM Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, avqustun 6-da dövlət qurumları bağlı elan edilən əyalətlərin siyahısını dərc edib.
Həmin vilayətlər bunlardır: Tehran, Fars, Ərdəbil, Kohquliya-Alıcı Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharməhal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əl-Borz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Semnan, İlam, Qum və Gilan.
Paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün isə son günlər müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik kəsilməsi tətbiq edilib.
İsti havalarda kondisionerlərin işə düşməsi səbəbindən enerji tələbatının pik həddə çatdığı bu günlərdə səlahiyyətlilər tez-tez əhalini resurslardan qənaətlə istifadə etməyə çağırır.
Gülay