İranda avtobus aşdı: Çox sayda yaralı və ölənlər var - VİDEO

İranda avtobus aşdı: Çox sayda yaralı və ölənlər var - VİDEO
DÜNYA
13:53 11.06.2022
357
İranın Rəzəvi Xorasan əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, əyalətin Bəcistan-Feyzabad yolunda hərəkət edən avtobusun aşması nəticəsində 3 sərnişin ölüb, 25 nəfər yaralanıb.

İranın Fövqəladə Hallar İdarəsinin sözçüsü Müctəba Xalidi bildirib ki, qəzadan sonra hadisə yerinə 8 təcili yardım maşını göndərilib.

Hadisənin baş vermə səbəbi və digər təfərrüatı barədə hələlik ətraflı məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR