İranda beş gündə 31 məhkum edam edilib

İranda beş gündə 31 məhkum edam edilib
DÜNYA
20:48 26.12.2024
209
İranda dekabrın 21-dən 25-dək ölkə həbsxanalarında barələrində ölüm hökmü çıxarılan 31 məhbus dar ağacından asılıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, məlumatı "İran İnternational” yayıb.

Məlumata görə, onlar İranın Urmiya, İsfahan, Bircand, Ciroft, Xürrəmabad, Zahidan, Sari, Şiraz, Qum, Kərəc, Kermanşah, Məşhəd, Qoşaçay (Miandoab), Nəhavənd şəhərlərindəki həbsxanalarda edam olunublar.

İran İnsan Hüquqları Müdafiəçiləri Təşkilatı (HRANA) bu ilin dekabrında 132, noyabrında isə azı 133 nəfər barəsində çıxarılan edam hökmünün icra icra olunduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR