İranda "Bəsic" qüvvələrinin mənzil-qərargahında iki partlayış olub

İranda "Bəsic" qüvvələrinin mənzil-qərargahında iki partlayış olub
DÜNYA
20:09 02.07.2022
355
İran İnqliab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi "Bəsic” təşkilatının mənzil-qərargahında partlayış olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı "Iran International” saytı yayıb.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.

Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.

Hadisənin məsuliyyətini İran hakimiyyətinə müxalif "Xalq Mücahidləri” təşkilatı öz üzərinə götürüb. İran bu qurumu terrorçu qrup olaraq tanıyır.
OXŞAR XƏBƏRLƏR