İranda bu idarələrdə iftar mərasimi qadağan edildi

İranda bu idarələrdə iftar mərasimi qadağan edildi
DÜNYA
12:56 07.05.2019
3010
İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani nazirliyin tabeliyində olan şirkətlər, idarələr və müəssisələr tərəfindən istənilən iftar mərasimlərinin keçirilməsini qadağan edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, nazir qadağanın səbəbini maliyyə ehtiyatlarında qənaət və qeyri-zəruri xərclərin qarşısının alınması ilə əlaqələndirib.

Qeyd edək ki, İranın dini liderinin informasiya portalının yaydığı məlumata görə, bu ölkədə Ramazan ayı bu gündən başlanır.
OXŞAR XƏBƏRLƏR