İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

DÜNYA
14:53 10.07.2020
628
İranda son sutkada koronavirusdan 142 ölüm faktı qeydə alınıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Ölkədə son sutkada yoluxanların sayı 2 262 nəfər artaraq 252 720-yə yüksəlib.215 015 pasiyent müalicə olunaraq sağalıb, 12 477  nəfər isə vəfat edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet