İranda ötən sutka ərzində 126 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 554 nəfər yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 127 299 nəfərə, yoluxanların sayı isə 5 987 814 nəfərə çatıb. Virus daşıyıcılarından 3 687 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 601 764 nəfər koronavirusdan sağalıb, 36,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
///trend