İranda daha 2 nəfər edam edildi

İranda daha 2 nəfər edam edildi
DÜNYA
12:07 13.07.2023
148
İranda polis əməkdaşını öldürməkdə təqsirli bilinən iki nəfər edam edilib.

AZXEBER.COM xəbər verir ki, İranın İsfahan əyalətinin Fuladşəhr şəhərində polis əməkdaşını silahla qətlə yetirməkdə təqsirli bilinən iki nəfər edam edilib.

"Entekhab” xəbər saytının məlumatına görə, Fuladşəhr Məhkəməsinin sədri Məsud Mesudifer mövzu ilə bağlı məlumat verib:

"2021-ci il noyabrın 18-də Lencan rayonunda başlayan silahlı qarşıdurmada leytenant İhsan Nasirini qətlə yetirən Kaidi Neseb və Muhammedi Beramın edam hökmü icra edilib”, - deyə Mesudifer bildirib.

Oğurluq və ictimai asayişi pozmaqda cinayət keçmişi olan iki hücumçu 27 mart 2022-ci ildə polis qüvvələrinə rəhbərlik edən leytenant Nasiri öldürdükləri səbəbiylə edam cəzasına məhkum edilib. 

Gülay
OXŞAR XƏBƏRLƏR