İranda daha 3 nəfər edam edildi - SƏBƏB

İranda daha 3 nəfər edam edildi - SƏBƏB
DÜNYA
12:56 10.01.2023
303
İranın İsfahan şəhərində hicab qaydalarına əməl etmədiyi səbəbiylə saxlanılan və polis nəzarətində ölən Məhsa Əmini üçün davam edən nümayişlərdə 3 təhlükəsizlik əməkdaşını qəsdən öldürmək ittihamı ilə 3 nəfər edam cəzasına məhkum edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, noyabrın 16-da ölkədə Mahsa Əmininin ölümündən sonra İsfahandakı etirazlar zamanı 3 polisi öldürməkdə ittiham olunan 3 nəfərlə bağlı qərar qəbul edilib. 6 nəfərin mühakimə olunduğu prosesdə Salih Mir Haşimi Baltaki, Məcid Kazımi Şeyh Şabani və Səid Yakubi Kürdsefli adlı 3 müttəhimə "təhlükəsizlik işçisini qəsdən öldürmək" ittihamı ilə edam cəzası verilib.

Eyni iş üzrə mühakimə olunan Cabir Mir Haşimi bəraət qazanarkən, müttəhimlərdən Əmir Nasır Azadani 26 il, Süheyl Cihangiri isə 2 il azadlıqdan məhrum edilib.

Nümayişlər üçün ilk edam dekabrın 8-də 23 yaşlı Muhsin Şikari, ikinci edam isə dekabrın 12-də 23 yaşlı Mecidrıza Rəhnavardın edamı ilə həyata keçirilib.
 
Bundan əlavə, yanvarın 7-də Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsi ilə edamların sayı 4-ə yüksəlib.

İranda Mahsa Əmini nümayişləri ilə bağlı 4 nəfər edam edilərkən, ən azı 29 nəfər son edam hökmləri ilə edam cəzası ilə mühakimə olunur. Norveç mərkəzli İran İnsan Haqları Təşkilatının son hesabatına görə, etirazlarda 516 nümayişçi həyatını itirib, həbs olunan və nəzarətə alınanların sayı isə 20 minə yaxınlaşıb.

İranın Elburz vilayətində keçirilən nümayişlər zamanı mühafizəçini öldürməkdə təqsirli bilinərək mühakimə olunan və edam cəzasına məhkum edilən Həmid Karahəsənlu, Hüseyn Muhammedi və Rıza Arya haqqındakı edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib. Nəhayət, "Məhsa Əmini nümayişlərində iştirak etmək” və "etirazlara təhrik etmək” ittihamları ilə edama məhkum edilən 23 yaşlı Mahan Sədrət və rep ifaçısı Saman Yasinin işinə yenidən baxılması tələbi qəbul edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR