İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölüm cəzasına məhkum olunmuş daha 4 məhkum edam edilib.
AZXEBER.COM "Azad İran" kanalına istinadən xəbər verir ki, məhkumların edamı "Ölüm Cəzasına Qarşı Beynəlxalq Mübarizə Günü"nə təsadüf edib.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, məhkumlar Meysəm Atetifərd, Hadi Razi, Rəsul Əkrəmi və Ümid Keştkar oktyabrın 9-u səhər saatlarında Şiraz şəhərinin mərkəzi zindanında dara çəkiliblər.
Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.