İranda ötən sutka ərzində 41 nəfər koronavirusdan (COVID-19) ölüb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140492 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 3800 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7183808 nəfərə çatıb.