İranda daha bir nəfər edam cəzasına məhkum edildi - SƏBƏB

İranda daha bir nəfər edam cəzasına məhkum edildi - SƏBƏB
DÜNYA
00:40 21.11.2022
397

İranda daha bir nəfər edam cəzasına məhkum edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda saxlanılan gənc qadının ölümündən sonra başlayan etirazlarla bağlı İnqilab Məhkəməsi daha bir nəfərə ölüm hökmü çıxarıb.

Paytaxt Tehranın Settar Xan küçəsində baş verən hadisələrdə əli olduğu iddia edilən şəxsə ölüm hökmü çıxarılıb. 

Adı açıqlanmayan məhbusun "odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, milis qüvvələri (Besiç) ilə toqquşmaq, polis məmurunu yaralamaq, qorxu salmaq” ittihamları ilə edam cəzasına məhkum edildiyi qeyd edilib. 

Qeyd edək ki, Tehran İnqilab Məhkəməsi əvvəlki günlərdə oxşar cinayətlərə görə daha 5 nümayişçiyə ölüm hökmü çıxarmışdı.

Ayşən

OXŞAR XƏBƏRLƏR