İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı

DÜNYA
20:06 21.12.2024
225

İranın Lorestan əyalətinin Əndimeşk-Poldoxtər magistralında avtobus qəzaya uğrayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, avtobusun dərəyə düşməsi nəticəsində azı 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəzanın səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR