İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi

İranda epidemiya səbəbindən estetik əməliyyatların həyata keçirilməsi qadağan edildi
DÜNYA
16:27 04.07.2020
976

İranda koronavirusa yoluxanların sayının durmadan artması ilə Səhiyyə Nazirliyi xəstəxana çarpayılarından "əlverişli istifadə etmək” zərurəti ilə əlaqədar ölkədə estetik əməliyyatların həyata keçirilməsinin müvəqqəti qadağan edildiyini açıqlayıb.

Bu barədə İran Səhiyyə nazirinin müavini Qasim Canababayi "Mehr” informasiya agentliyinə məlumat verib.

O, İranda bütün tibb universitetlərinin rektorlarına ünvanladığı məktubda qeyd edib:

 

"COVID-19 epidemiyasına yoluxan xəstələrin sayının artması və xəstəxana çarpayılarından daha vacib xəstələr üçün istifadə etmək zərurəti ilə əlaqədar, sırf estetik və qeyri-terapevtik cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi müvəqqəti qadağandır”.

Son həftələrdə İranın müxtəlif bölgələrində koronavirusa yoluxma və ölüm hallarının sayı xeyli artıb və hətta iki-üç günlük infeksiyadan sonra yüngül simptomları olan gənclərin də həyatını itirməsi ilə bağlı xəbərlər yayılıb.

Son iki həftə ərzində İranın səhiyyə rəsmiləri, ölkədə COVID-19-la bağlı vəziyyətin mart ayında olduğu kimi, xəstəliyin kritik günlərinə yaxınlaşması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edərək, vətəndaşları sanitariya-gigiyena qaydalarına əməl etməyə çağırıblar.

Bununla belə, İranda insanların maskadan istifadə və sosial məsafəyə məhəl qoymadıqlarını sübut edən müxtəlif görüntülər yayılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb
14:16 02.08.2026
Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb
Dərədə köməksiz qaldı - FHN xilas etdi
14:12 02.08.2026
Dərədə köməksiz qaldı - FHN xilas etdi
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
14:03 02.08.2026
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO