İranda etiraz aksiyalarının araşdırılması üçün komitə yaradılıb

İranda etiraz aksiyalarının araşdırılması üçün komitə yaradılıb
DÜNYA
18:11 13.02.2026
270
İranda ötən ay baş verən etirazların araşdırılması ilə bağlı komitə yaradılıb.

Bunu İran hökumətinin sözçüsü Fateme Mohacerani deyib.

"Faktların öyrənilməsi üçün əlaqəli qurumlardan olan nümayəndələrdən təşkil olunmuş komitə yaradılıb. Hazırda bu komitə sənədlərin və ifadələrin toplanması ilə məşğuldur”,- Mohacerani qeyd edib.

O əlavə edib ki, proses tamamlandıqdan sonra yekun hesabat ictimaiyyətə təqdim olunacaq.
 
\APA
OXŞAR XƏBƏRLƏR