İranda etirazçılara qarşı məhkəmələrdə ikinci ölüm hökmü çıxarıldı

İranda etirazçılara qarşı məhkəmələrdə ikinci ölüm hökmü çıxarıldı
DÜNYA
11:09 16.11.2022
171

İranda etirazçılara qarşı məhkəmələrdə ikinci ölüm hökmü çıxarılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara qatılan və "iğtişaş törətməkdə” günahlandırılan bir çox nümayişçinin məhkəməsi davam edir.

Tehran İnqilab Məhkəməsi daha bir nəfəri edam cəzasına məhkum edib.

Bu qərarla Məhsa Əmini etirazlarında iştirak etdikləri üçün edama məhkum edilənlərin sayı ikiyə yüksəlib.

Qeyd edək ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, o, baş örtüyünü düzgün taxmadığına görə polis tərəfindən saxlanılıb. O, dindirilmə zamanı infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumat yayılıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR